1 saylı Dəri-Zöhrəvi Dispanserdə saxta əlillik və dərman qalmaqalı İDDİA/VİDEO
- 23-06-2025, 09:54
- 131
Əldə etdiyimiz məlumata əsasən, bu prosesin qarşılığında qeyri-rəsmi ödənişlər tələb olunduğu bildirilir. Lakin daha ciddi narazılıq doğuran məsələ isə dövlət tərəfindən ayrılmış pulsuz dərmanların həmin "saxta xəstələrə" belə verilməməsi olub. Bu səbəbdən bir qrup şəxs dispanserdə etiraz səsi qaldırıb və narazılıqlar gərginliyə səbəb olub. Mülki vətəndaşlar arasında qarşıdurma yaşandığı, təhlükəsizlik əməkdaşlarının hadisəyə müdaxilə etməli olduğu bildirilir.
Məsələ ilə bağlı aidiyyəti qurumların – Səhiyyə Nazirliyi və ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məsələyə dərhal müdaxilə etməsi və araşdırmalara başlanması tələb olunur.
Məsələni diqqətdə saxlayırıq. Əlavə məlumat olduqda yenilənəcək.
Bakunews.az