Quma zərbə nəticəsində 2 nəfər ölüb

Cəmiyyət

İranın Qum şəhərində İsrailin zərbələri nəticəsində iki nəfər həlak olub.

Xəbər verir ki, daha 4 nəfər isə yaralanıb. 

“Fars” agentliyinin məlumatına görə isə, İsfahan şəhərində də partlayış səsləri eşidilib. 

Xatırladaq ki, İsrail ordusu İranın raket infrastrukturuna yeni hava zərbələri dalğasının başladığını elan edib.