Yaşar Gülər: Azərbaycanla qardaşlığımız davam etdikcə, əməkdaşlıq da genişlənəcək
- 19-06-2025, 18:40
- 81
Bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, iki ölkə arasında müdafiə sənayesi sahəsində müəyyən işlər görülür.
Bundan başqa, Y.Gülər Van şəhərinə səfəri barədə danışıb: “Hansısa təhdid olduğu üçün Vana getməmişdim. Sadəcə təhlükəsizlik tədbirləri ilə tanış olurdum”.
İsrail-İran qarşıdurmasına gəldikdə isə nazir vurğulayıb ki, Türkiyədə sərhəd təhlükəsi yoxdur.