Fərhad Əhmədov verdiyi bəxşişlərlə gündəmdə
- 18-08-2017, 16:08
- 144 022
62 yaşlı iş adamı bu dəfə verdiyi bəxşişlərlə müzakirə olunmağa başlayıb. O, əvvəlcə Bodrumu gəzib, alış-veriş mərkəzində xanımı Tatyana Əhmədova və övladları üçün 1700 avroluq bazarlıq edib. O, mağazanın satıcısına 100 avro bəxşiş verib.
F. Əhmədov daha sonra ailəsi ilə birgə Bodrumun Torba ərazisindəki balıq restoranında olub.
Milyarder 6 nəfərlik masa üçün 350 avro hesab ödəyib. O, üç ofisiantın hər birinə isə 50 avro bəxşiş verib və təşəkkürünü bildirib.