Prezident İlham Əliyev Qətər əmirinə məktub göndərib
- 12-06-2025, 14:35
- 75
Bu barədə Qətərin dövlət informasiya agentliyi məlumat yayıb.
Məktubu Azərbaycanın Qətərdəki səfiri Adış Məmmədov bu ölkənin xarici işlər üzrə dövlət naziri Sultan bin Səəd əl-Mureyxiyə təqdim edib.
Məlumata görə, Prezident İlham Əliyevin məktubu ikitərəfli münasibətlər, onların dəstəklənməsi və inkişafı yolları ilə bağlı məsələləri əhatə edir.