Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq
- 7-06-2025, 14:00
- 178
Bu barədə "Report"un sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri bildirib.
Onun sözlərinə görə, əsas Həcc ayinləri iyunun 9-da yekunlaşacaq: "Zəvvarlarımızın ilk qrupu iyunun 16-da Vətənə qayıdacaqlar. Birinci qrupla 176 nəfərin gəlməsi nəzərdə tutulub".
Qeyd edək ki, Azərbaycandan Həcc ziyarətinə ilk qrup mayın 25-də yola düşmüşdü.
Bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edir. Bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün 1 250 kvota yeri ayrılıb.