XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » ” Bravo”da məhsul üzərində göstərilən qiymətdən baha satılıb

” Bravo”da məhsul üzərində göstərilən qiymətdən baha satılıb

” Bravo”da məhsul üzərində göstərilən qiymətdən baha satılıb
2-06-2025, 18:42

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ölkənin aparıcı pərakəndə satış şəbəkələrindən olan “Azərbaycan Supermarket” MMC (“Bravo” market) barəsində İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsinə əsasən protokol tərtib edib.

Xalq Agentlikdən açıqlanan məlumata istinadən xəbər verir ki, Azərbaycan Supermarket” MMC “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndinin tələblərini pozublar. Belə ki, “Azərbaycan Supermarket” MMC (“Bravo” market) qida məhsulunu üzərində göstərilən qiymətdən baha satıblar.

Məlumat üçün“Azərbaycan Supermarket” MMC isə 2015-ci ildə dövlət qeydiyyatına alınıb. Hazırda Dövlət Vergi Xidmətinin reyester bölməsində “Azərbaycan Supermarket” MMC barəsində məlumatlar mövcud deyil.

Xalq.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.