“Kaspi Kids” bağçasında uşaqlara göstərilən şiddətlə bağlı araşdırma başlanılıb
- 29-05-2025, 10:32
- 176
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun verdiyi məlumata görə, həmin məsələ ilə bağlı hazırda Lənkəran Şəhər Rayon Polis Şöbəsində təhqiqat araşdırması aparılır.
“Tərəflərin ərizə və izahatları alınıb, azyaşlının məhkəmə tibbi ekspertizasından keçirilməsi təmin edilib. Qanunamüvafiq tədbirlərin görülməsi təmin olunur”, – məlumatda deyilir.