Milli Məclisin plenar iclası başlayıb, 13 məsələ müzakirə ediləcək
- 23-05-2025, 11:05
- 125
Toplantı Sahibə Qafarovanın sədrliyi ilə keçirilir.
İclasın gündəliyinə Azərbaycanın Pakistan və Beynəlxalq Mülki Aviasiya Təşkilatı ilə imzaladığı müqavilələrin təsdiqi, Məhkəmə-Hüquq Şurasının 20 illiyi ilə əlaqədar yubiley medalının təsis edilməsi haqqında qanun layihələri də daxil olmaqla ümumilikdə 13 məsələ daxil edilib.