Hacı Surxay nəzir pulları ilə maşın alıb? —Şeyxin qudası DANIŞDI
- 21-05-2025, 14:56
- 521
Bunu Milli Məclisin keçmiş deputatı, Allahşükür Paşazadənin qudası Hacı Qalib Salahzadə deyib.
“Cümə” məscidinin axundu Hacı Surxay Məmmədlinin bahalı maşınını nəzir pulları ilə alması iddialarından danışan Qalib Salahzadə qeyd edib ki, Azərbaycanda yığılan nəzir pulları böyük məbləğdə olmur:
“Mən 35 ildir ki, hər il Kəbədə oluram. Kəbənin açarını saxlayan şəxsin 2 dəfə qonağı olmuşam. Bir dəfə ondan soruşdum ki, bu qədər insanlar gəlir-gedir, nəzir verənlər olur?
Dedi ki, yox, sən gör nədən danışırsan, dövlət mənə 8 milyard büdcə ayırır. İndi siz təsəvvür edin, Azərbaycanda nə qədər insan məscidlərə gedir, nə qədər insan nəzir-niyaz verir ki, böyük məbləğ yığılsın?”.
Qeyd edək ki, sosial şəbəkələrdə Hacı Surxay Məmmədlinin bahalı avtomobil sürməsini əks etdirən görüntülər yayılıb. Həmin avtomobilin vətəndaşlardan yığılan nəzir pulu ilə alındığı iddia edilir.(demokrat.az)