XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » KƏMALƏDDİN HEYDƏROVUN BOSTAN MONOPOLİYASI

KƏMALƏDDİN HEYDƏROVUN BOSTAN MONOPOLİYASI

KƏMALƏDDİN HEYDƏROVUN BOSTAN MONOPOLİYASI
17-08-2017, 12:41

İYİRMİ NEÇƏ İLDİ Kİ, BAYRAMLARI QARA GƏLƏN AZƏRBAYCANLILAR
Ölkəmizdə bir bayram olanda insanlarımız uşaqlarının kiminsə əlinə, yiyənlərin ağzına tamarzı ilə baxmamaları üçün kreditə pul götürür, gümüş-qızılını lombartda girov qoyur, yaxud da evindən palazdan-kilimdən götürüb bazara satmağa çıxartdırır ki, əvəzində 1-2 kq Kəmaləddin Heydərovun monopoliyasına aid olandan filan alsın, süfrələrinə qoysunlar.
Evlərinə bazarlıq üçün İrana gedən camaatımız yaxşı bilir, İrandan ərzaqlarımızın gətirilməsinə limit, 1-2 kqdan artıq gətirilməsinə qadağa qoyulub. Olmaz, filan nazir icazə vermir.
Ailə sahiblərini, evin kişisini öz ailəsi, uşaqlarının yanında üzü qara qoyurlar. Bir valideyin üçün övladlarının imkanlı ailələrin balalarının ağzına tamarzı ilə baxması nə deməkdir sizcə?
Azərbaycanın, bəlkə də dünyanın bir çox yerlərində olduğu kimi Qəbələdə də istirahət mərkəzi, 5 ulduzlu hotellər, “Jalə” şirələri firması işlədən Kəmaləddin Heydərov humanistlik edir . Bu adam “Qurd qapısı” ndakı restoranından çıxanda qapının ağzına yığışan adamlara pul, fitrə də paylayırmış.
Makiavilli: “məqsəd vasitəni doğruldur”. Belə çıxır ki, kişi (yəni Kəmaləddin Heydərov) pis yollarla böyük pullar qazanır ki, azacıq da olsa yaxşı işlərə sərf etsin? Xalqın qanını sorur milyardlar qazandıqlarından sonradan qəpik-quruş verdikləri bəraət qazandırırmı???
Hələ deyilənə görə Kəmaləddinin villalarında tavandan asılan çilçıraqları(lüstür) brilliantdandır.
Azərbaycanda bayram yalnız məmurların evində keçirilir.
NEÇƏ ZAMANDIR XALQIN BAYRAMINI QARA GƏTİRƏNLƏR, BAYRAMINIZ QARA GƏLSİN!!!

ƏFQAN SADIQOV

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.