SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Azərbaycanda “Araz – 2025” birgə təlimi keçirilir – VİDEO

Azərbaycanda “Araz – 2025” birgə təlimi keçirilir – VİDEO

Tarix:

18-05-2025, 16:30

/ 198 dəfə oxundu.
Azərbaycanda “Araz – 2025” birgə təlimi keçirilir – VİDEO

 Azərbaycanda keçirilən “Araz-2025” birgə təliminə İran İslam Respublikasından cəlb olunan heyətin rəhbəri və digər iştirakçılar ölkəmizə səfər edib.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Hər iki ölkənin təlim rəhbərləri və digər yüksək səviyyəli üzvləri arasında görüş keçirilib.

Görüşdə təlimin məqsədi, ssenarisi və keçiriləcəyi ərazi, hazırlıq prosesi, təhlükəsizlik qaydaları, həmçinin müxtəlif mərhələlər üzrə icra olunacaq tapşırıqlar barədə brifinq təqdim olunub.

Qeyd edək ki, “Araz – 2025” birgə təlimi işğaldan azad edilmiş ərazilərdə mayın 21-dək davam edəcək.

Şərhlər

XƏBƏR LENTİ