“Marsol” MMC-nin tərəfdaşı olan “İnci Group of Companies” MMC-yə maliyyə sanksiyası tətbiq olunub -Bu pozuntularla bağlı
Vergi orqanları tərəfindən aparılan operativ nəzarət tədbirləri nəticəsində “İNCİ GROUP OF COMPANİES” Qapalı Səhmdar Cəmiyyətinə bir sıra qanun pozuntuları aşkar edilib.
Əldə etdiyimiz məlumata görə, Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən tərtib edilmiş aktlara əsasən, şirkət POS-terminal quraşdırıldığı halda nağdsız ödənişlərin qəbulundan imtina edilməsi faktı ilə üzləşib. Bu səbəbdən şirkətə maliyyə sanksiyası tətbiq olunub.
Bundan əlavə, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmaması ilə bağlı 5 ayrı akt üzrə də cərimələr tətbiq edilib. Cəmi altı hüquq pozuntusu əsasında şirkətə sanksiyalar tətbiq olunub.
Şirkətin qanuni təmsilçisi İsa Abbasov Qurban oğludur və nizamnamə kapitalı 12.000 manat təşkil edir.
Qeyd edək ki, “İNCİ GROUP OF COMPANİES” QSC “Marsol” MMC-nin tərəfdaşlarından biridir.
“Marsol” MMC-yə isə Tural Mustafayev rəhbərlik edir.(32gün.az)

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...