Azərbaycanın yeni hərbi prokuroru təyin edilib - SƏRƏNCAM
- 13-05-2025, 17:40
- 362
Bəhruz Vidadi oğlu Əhmədov Baş prokurorun müavini - Azərbaycanın Hərbi prokuroru təyin edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Qeyd edək ki, B.Əhmədov 1984-cü ildə anadan olub. O, Bakı Dövlət Üniversitetinin hüquq fakültəsini bitirib.
Baş prokurorun müavini bu təyinata qədər Hərbi Prokurorluğun İstintaq İdarəsinin rəisi olub.