İdman istiqaməti üzrə qabiliyyət tələb edən ixtisasların müsabiqə şərtləri açıqlanıb

Cəmiyyət

2025/2026-cı tədris ili üçün bədən tərbiyəsi və idman istiqaməti üzrə xüsüsi qabiliyyət tələb edən ixtisasların müsabiqə şərtləri açıqlanıb.

Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, abituriyentlərin qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış) ümumi balı aşağıdakı şərtləri ödədikləri halda, qabiliyyət imtahanlarına buraxılırlar.
Qabliyyət imtahanlarına qeydiyyat tarixləri yaxın vaxtlarda elan olunacaq.
Ali təhsil üzrə
Komissiya kodu
İxtisasın adı
Müsabiqə şərti
61
 Məşqçilik (idman növləri üzrə)
70 bal
62
 Ümumi fiziki hazırlıq
 Kütləvi sağlamlaşdırıcı idman
 Adaptiv bədən tərbiyəsi
80 bal
 63
 Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi
80 bal


Tam orta təhsil üzrə
 Komissiya kodu
 İxtisasın adı
 Müsabiqə şərti
 6401
 Fiziki tərbiyə müəllimliyi
50 bal


Ümumi orta təhsil üzrə
 Komissiya kodu
 İxtisasın adı
 Müsabiqə şərti
 152
 Fiziki tərbiyə müəllimliyi
50 bal