"SOCAR" AQŞ-ın rəhbəri Samir Mollayev 2 aydır işçilərin maaşını vermir?
- 23-04-2025, 12:16
- 313
Bu dəfə işçilərdən birinə istinadla məlumatı açıqlayan Mirvari Qəhrəmanlı əlaqədar qurum və şəxsləri tədbir görməyə səsləyib. Hüquq müdafiəçisinin bununla bağlı açıqlamasında deyilir: ”
İşçi bildirir ki, SOCAR AQŞ hələ də onların mart ayının əmək haqqısını ödəməyib.
Bu halda qurum Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178. 1. maddəsində deyildiyi kimi – hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödəniş verməlidir”.
Qeyd edək ki, “SOCAR AQŞ” MMC 2007-ci ildə qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi təsis edilib.
Tərəflər və iştirak payları isə SOCAR-13.38% , Nobel Oil Ltd., – 73.77% , Abşeron Qazma MMC -12.85% qədərindədir.(Xalq.az)
SOCAQ AQS-ın baş direktoru Samir Mollayevdir.