"Azərbaycanın cavabları çox vaxt məyusedici olur" - Ermənistan XİN
- 2-04-2025, 17:00
- 334
Bunu Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Sarqis Xandanyan deyib.
Onun sözlərinə görə, bununla bağlı hansısa institusional sülh mexanizmi yaradılmalıdır: "Bunun necə həll ediləcəyini isə zaman göstərəcək, danışıqlar göstərəcək, lakin buna baxmayaraq, biz hamının diqqətini cəlb etməyə çalışırıq ki, indi sülh vaxtədır".
Sülh prosesinin alternativi yoxdur. Biz Ermənistanın suverenliyini və ərazi bütövlüyünü qorumaq, qonşularımızla sülhü bərqərar etmək, Türkiyə ilə münasibətlərimizi normallaşdırmaq üçün bütün səylərimizi sərf etməliyik. Sülhün əldə olunmasına çalışmaq üçün daim diplomatik səylərimizi əsirgəməməliyik. Etiraf edirəm ki, bu iş çox mürəkkəbdir və Azərbaycanın cavabları çox vaxt məyusedici olur".