Mehdiqulu müəllim 33 nömrəli məktəbin direktorudur ya fermanın?
- 29-03-2025, 09:29
- 198
Məhz elə buna görədir ki, bu gün əsasən Abşeron və Sumqayıt məktəbləri elə bazar kimi idarə olunur. Necə deyərlər balıq başdan iylənər...
Amma bu da hamısı deyil. Elə məktəb var ki, hətta bazar nədir... LAP FERMA kimi idarə olunur. Bu barədə "DİA-AZ"a gileylənən valideynlər iddia edir ki, hazırda Sumqayıt şəhər 33 nömrəli məktəbinin direktoru vəzifəsini tutan Mehdiqulu Aslanov əslində bir fermerdir.
Valideynlər yazır: "Mehdiqulu müəllim işinin başında az tapılıb və əsas gücünü İmişlidəki fermasına ayırır. Vaxtının çoxunu fermasında, təsərrüfatının başında keçirdiyindən məktəbə də diqqət ayıra bilmir. Diqqət ayıranda da məktəbi ferması ilə qarışıq salır, məktəbi elə ferması kimi idarə edir.
Hər halda nazirlikdə oturanlar bu məsələyə diqqət ayırmalıdırlar. Əgər bir təhsil işçisi, xüsusən də tədris ocağının rəhbəridirsə, özünün əsas enrjisini tamam fərqli sahəyə yönəldirsə, onun şələ-şüləsini qoltuğuna vermək, fermasına yollamaq lazımdır.
Əks halda durum belə olacaq. Yəni Sumqayıtın 33 nömrəli məktəbində olduğu kimi. Bugün bu məktəbin fermadan fərqi yoxdur..."
Qeyd edək ki, Mehdiqulu Aslanov daha əvvəl Sumqayıt şəhər 25 nömrəli məktəbin direktoru vəzifəsində çalışıb. Elə oralarda da sinif otaqları gül qoxumayıb...(Dia.az)