Vətəndaşın evini başına uçuran, gününü qara edən DİGƏR MTK-lar... - ONLAR CƏZASIZDIR HƏLƏ DƏ...
- 28-03-2025, 11:18
- 180
Sadəcə, söhbət ondan gedir ki, ölkədə özbaşınalıq, harınlıq edən təkcə bu tikinti şirkəti deyil. Onlarla belə fakt göstərmək olar ki, hansısa MTK yaşıllığı məhv edir, hansısa tikinti firması vətəndaşları mənzil satışında aldadır, bir başqası qanunsuz şəkildə ərazi zəbt edir, yaxud icazəsiz iş aparır, digəri illərlə mənzilləri təhvil vermir, sakinlər kirayələrdə qalır... Yəni yaz-yaz bitmək bilməz. Media resurslarında, sosial şəbəkələrdə yüzlərlə belə nümunələr var. Onlardan biri də "Sahil - S İnşaat" firmasının sahibi Taley Alaverdiyevlə şərik olmuş Pənah Kərimov idi. Məhz Pənah Kərimov şirkətə gəldikdən sonra bir mənzilin bir neçə şəxsə satılmasına, dələduzluğa yol verilməsinə başlandı. Bu günə qədər də vətəndaşlar arasında zərər çəkən, problemlə üzləşənlər var. Öz növbəsində isə Pənah Kərimov hakim Elnur Nuriyevlə necə anlaşdisa, cinayətə yol vermiş şəxs ev dustaqlığına buraxıldı. Həbsdən çıxandan sonra da sakinləri təhdid etməyə davam eləmişdi. Yəni bu kimi faktlar göstərir ki, MTK rəhbərləri vətəndaşlarına başlarına oyun açırlar və bunun səbəbi də qanunların tam işlək olmaması, bəzi dövlət qurumlarının zamanında sərt reaksiya verməməsi, bəzi strukturların isə MTK-larla işbirliyində olması, rüşvət alıb hər bir özbaşınalığa şərait yaratmasıdır. Ona görə də "Melissa Grup" kimi tanınan şirkət şəhərin mərkəzində belə vandallıq edir. İndi görün şəhərin bir qədər kənar ərazilərində nələr baş verir. Xüsusən də yaşıllıqların tikililərə qurban verilməsinə icra orqanları və digər qurumlar göz yumurlar. Ümumilikdə isə tikinti firmaları ilə bağlı ciddi nəzarət mexanizmi olmalıdır, paytaxta ucdantutma harda gəldi bina inşa edilməsinin qarşısı alınmalıdır. Artıq tikinti bumu dayanmalıdır.
Onu da deyək ki, "Melissa Grup" sahibi əslən Masallıdandır və biznes imperiyası var. O, "Performance Center” şirkətinin prezidentidir. “Performance Center” şirkəti 1997-ci ildən “General Motors” korporasiyasının “Chevrolet” və “Cadillac” brendlərinin Azərbaycandakı yeganə rəsmi dilleridir. Qalib Məmmədov paytaxt Bakıda “Halal” MTK, “General” MTK, “Yüksəl” MTK, “ASP” MTK kimi bir çox yaşayış kompleksləri və tikinti layihələrini həyata keçirən, hazırda isə “Melissa Park”, “Melissa Residence”, “Melissa Azadlıq” layihələrini icra edən “Melissa Group” şirkətlərinin sahibidir. Eyni zamanda, “Collezione Italia” şirkəti də Qalib Məmmədova məxsusdur. Qalib Məmmədovun çoxsahəli biznes sahəsinə paytaxtın məşhur “Grace Beauty Complex” gözəllik salonları şəbəkəsi, “Konica” foto studiyalar, elektrik və elektronik məhsulların satışı, çörək zavodları daxildir.
Qalib Məmmədovun doğulduğu Ərkivan qəsəbəsində də biznes sahələri var. Bunlara “ARK” yanacaqdoldurma əntəqəsini, avtoservisi, elektrik və elektronik məhsulları satışı mağazasını, çörək zavodunu, şirniyyat sexini misal göstərmək olar.
Azər Talıbov
Anaxeber.info