İnnovasiya və Təchizat Mərkəzi köhnə dostları ilə 17.5 milyonluq müqavilə bağlayıb
- 13-03-2025, 15:04
- 193
Belə ki, “Hemofiliya xəstəliyi üzrə Tədbirlər Proqramı çərçivəsində dərman vasitələri”nin satın alınması üzrə “AVROMED COMPANY” QSC ilə anlaşıb. Müqavilənin dəyəri 16.3 milyon manatdır.
“Avromed” təkcə ötən il Mərkəzin 4 tenderinin qalibi olub və bu prosesdən 67 milyon manat əldə edib.
İkinci tenderin qalibi isə “ADMEDİA.AZ” MMC-dir. Tədbirlərin təşkili xidmətlərinin satın alınması üzər bağlanılmış müqavilənin dəyəri 1 milyon 119 min 300 manat olub.
Qeyd edək ki, “Admedia” da İnnovasiya və Təchizat Mərkəzinə yad şirkət deyil. Bu MMC ilə ötən illərdə mərkəz arasında onlarla satınalma müqaviləsi bağlanılıb.
Tribunainfo.az