DTX-nin rəis müavini: Münaqişə dövründə Ermənistan etnik təmizləmə və soyqırımı cinayətləri törədib
- 10-03-2025, 10:42
- 336
Bu barədə İtkin düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) "Azərbaycan Respublikasında itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatı"nın təqdimatında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəis müavini general-leytenant Şərafət Həsənov danışıb.
O bildirib ki, mülki azərbaycanlı əhali kütləvi şəkildə qətlə yetirilib, əsir-girov götürüldükdən sonra qeyri-insani şəkildə saxlanılaraq dəhşətli işgəncələrə və məhrumiyyətlərə, humanizm prinsiplərindən kənar rəftara məruz qoyulub:
"Bütün bu hallar vətəndaşlarımızın itkin düşməsinə və taleyinin bu günə kimi qeyri-müəyyən qalmasına səbəb olub".