Əlixan Musayevə pul verən imkanlı şəxslər kimlərdi? - VİDEO
- 11-08-2017, 10:13
- 141 624
Əlixan Musayevin pozucu fəaliyyətinin qarşısı alınmazsa ölkəmizdə radikal dindarlığın qarşısı heç bir zaman alınmayacaqdır.
Əgər bu gün Əlixan Musayev imkanlı dindarları "tasa" otuzdurub onlardan kitab çapı adı altında yüz minlərlə manat toplayıb radikal dini təbliğatını aparırsa və buna dövlətin müvafiq orqanları göz yumursa deməli bu cihatist hansısa mərhələdə dövlətə qarşı ciddi bir zərbə vuranda bütün məsuliyyəti bu qurumlar daşıyacaqlar. İndi növbə dövlət orqanlarının üzərinə düşür ki,Əlixan Musayev hansı imkanlı dindar iş adamlarını "tasa"otuzdurduğun aşkarlasınlar.
Redaksiya olaraq Əlixan Musayevə pul verən iş adamlarını araşdırmaqdayıq.
Onlarla bağlı yeni bir xəbər əldə etdikdə oxucularımızla paylaşacağıq.
Vətəninfo.az