Laçında yaşayan ailə polisdən kömək istədi - "Ailəmizin gəlir yeri olan maşını əlimizdən aldılar" (VİDEO)
- 7-02-2025, 13:13
- 293
Vətəndaş indi 3 ay olmaqla 331 manatdan pulu da qaytarır, 1200 manat da amma maşını vermirlər. Deyillər 3900 manat ödəniş etməlisiniz. Ayşə Fərəcova bildirir ki, bir neçə dəfə "Həmid Avtosalonu" adlı yerdə olub, eyni analoji hal digər şəxslərin də başına gətirilir.
Vüsalə adlı şəxs bizi salonun rəhbərinin yanına apardı. Rəhbərlik dedi ki, gedin hara istəsəniz şikayət edin, mənə nə edəcəklər? Mən qaziyəm! Buradan yazan jurnalist olub ki, onu tutdurmuşam gedin hara deyirsiz deyin!
Biz işğaldan azad olunmuş Laçın rayonuna 1 ilə yaxındır köç etmişik. Qardaşım o maşınla rayonda taksi sürərək ailəmizi saxlayır. Bizi rayondan bura gətizdirib, saatlarla gözlətdirib sonda maşını əlimizdən aldılar.
Cənab Daxili İşlər Naziri Vilayət Eyvazovdan, Abşeron rayon polis idarəsindən kömək istəyirəm. Xaiş edirəm bu şəxslərin qanunsuz əməllərinə son qoyulsun. Maşını əlimizdən aldılar, hüquq-mühafizə orqanlarından ailəmiz adından xaiş edirik. Çıxılmaz durumdayıq, bizə kömək edin... ("Azərbaycan Reallığı")
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq