İcra başçısına yeni qadın müavin təyin olundu (FOTO)

Cəmiyyət

Bakı şəhəri, Sabunçu Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini vəzifəsinə yeni təyinat olub.

Bu vəzifəyə Rəna Fərəcova təyin edilib.

Qeyd edək ki, R.Fərəcova Arzu Məmmədovanın yerinə təyin olunub. A.Məmmədova icra hakimiyyəti başçısının müavini vəzifəsinə 2014-cü ildə təyin olunmuşdu. Bir müddət əvvəl, həmin vəzifədən azad edilib.