Hakan Fidan: Avropa İttifaqına üzvlük Türkiyə üçün strateji hədəfdir
- 24-01-2025, 16:12
- 191
Bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasla birgə keçirilən mətbuat konfransında deyib.
O əlavə edib ki, Aİ Türkiyə üzvlüyü üçün yeni bir baxış təqdim etməlidir:
"Avropa ittifaqının bu baxışı təqdim etməsini gözləyirik. Həmçinin viza mövzusunda irəliləyiş əldə edilməsi də bizim üçün önəmli məsələdir. Viza rejiminin sadələşdirilməsinə ehtiyac var".