İlkin araşdırma nəticələri gələn həftə açıqlanacaq
- 24-01-2025, 12:01
- 204
Bu barədə məlumatı Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbayev açıqlayıb.
Onun sözlərinə görə, AZAL təyyarəsinin “qara qutu”larının məlumatları Braziliyada tam olaraq oxunub və Qazaxıstana qaytarılıb.
Xatırladaq ki, AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.