Milli Məclisdə yeni nəsil rəqəmsal hüquqlarla bağlı qanun layihəsi hazırlanacaq
- 23-01-2025, 09:54
- 194
Bu məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin yaz sessiyası üçün İş Planına daxil edilib.
Sessiyanın İş Planı komitənin bu gün keçirilən iclasında müzakirə olunub. Qeyd edilib ki, yeni qanun layihəsi rəqəmsal məkanda vətəndaşların hüquqlarının qorunmasını nəzərdə tutacaq.