Hökümənin ailəsindən oğurlanan pul belə geri qaytarılıb
- 18-01-2025, 15:49
- 352
“Kapital Bank” vəsaitin necə geri qaytarılması ilə bağlı məlumat yayıb.
Bildirilib ki, bank vəsaitin köçürüldüyü hesabı dərhal bloklayıb və oğurlanmış məbləğin ələ keçirilməsinə imkan verilməyib:
“Görülən tədbirlər nəticəsində məbləğin bərpası mümkün olub və vəsait geri qaytarılıb.
Bir daha müştərilərimizdən diqqətli olmalarını şəxsi məlumatlarını, istifadə etdikləri kart məlumatlarını üçüncü şəxslərə verməməyi, kartın üzərində olan 3 rəqəmli CVV kodunu, SMS vasitəsilə gələn 3D qoruma kodunu, şəxsiyyət vəsiqəsinin FİN kodunu heç kimlə bölüşməməyi, Kapital Bank adına hazırlanan və göndərilən uydurma videolara və reklam mətnlərinə inanmamağı xahiş edirik”.