Qazaxıstanda təyyarə qəzasında xəsarət alan 18 nəfərin müalicəsi davam edir
- 26-12-2024, 15:59
- 195
Bu barədə xəstəxananın tibbi xidmətlərin keyfiyyətinə nəzarət şöbəsinin rəhbəri Janar Baymanova məlumat verib.
"Onlardan beşi reanimasiyadadır - dördü ağır vəziyyətdə, bir qadın isə son dərəcə ağır vəziyyətdədir", - o bildirib.
J.Baymanovanın sözlərinə görə, sərnişinlərdə ən çox rast gəlinən xəsarətlər sınıqlar, qarın boşluğu, ağciyər travmaları, həmçinin açıq və qapalı kəllə-beyin travmalarıdır.
Ümumilikdə, təyyarə qəzasından sonra xəstəxanaya 27 nəfər yerləşdirilib.
"Onlardan səkkiz böyük və bir uşaq Rusiyaya köçürülüb, qalanları - Azərbaycan və Qırğızıstan vətəndaşları bizim xəstəxanada qalırlar", - deyə o əlavə edib.