Müdafiə Nazirliyi Seyfəli poliqonu ətrafında yayılan partlayış səsləri ilə bağlı əhaliyə müraciət edib
- 9-12-2024, 18:23
- 198
"Report"un sorğusuna cavab olaraq nazirlikdən bildirilib ki, cari ilin hazırlıq planına uyğun olaraq, Quru Qoşunlarının bölmələri ilə Seyfəli poliqonunda döyüş atışlı taktiki təlim keçirilir:
"Təlim zamanı eşidilən partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq".