Gəncə ətrafındakı səslərlə bağlı - Rəsmi açıqlama
- 9-12-2024, 17:56
- 261
Müdafiə Nazirliyindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, cari ilin hazırlıq planına uyğun olaraq, Quru Qoşunlarının bölmələri ilə Seyfəli poliqonunda döyüş atışlı taktiki təlim keçirilir.
“Təlim zamanı eşidilən partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, - açıqlamada vurğulanıb.