6 ay pulsuz “BakıKart” vəd edən yeni saxta səhifələr açılıb - FOTOLAR
- 6-12-2024, 15:38
- 196
Yeniavaz.com xəbər verir ki, sözügedən saxta səhifələr 4 manata 6 ay müddətində bütün növ ictimai nəqliyyatda limitsiz səyahət vədi verərək, istifadəçiləri aldatmağa çalışır, problemli keçidlərə klikləməyə təşviq edirlər.
“Təhlükəsizliyinizi qoruyun:
- Rəsmi “BakıKart” səhifələrini izlədiyinizə əmin olun.
- Şəxsi məlumatlarınızı paylaşmadan əvvəl səhifənin etibarlılığını yoxlayın.
- Yalnız rəsmi mənbələrdən məlumat əldə edin.
Kibercinayətkarlığa qarşı birgə mübarizə aparaq!
Şübhəli hallarla qarşılaşdıqda dərhal aidiyyəti qurumlarla əlaqə saxlayın və bank məlumatlarınızı heç kimlə paylaşmayın!”, - deyə agentliyin məlumtaında qeyd olunurdu.