Kəlbəcərlilər səbirsizliklə doğma yurda qayıdışı gözləyirlər
- 20-11-2024, 10:10
- 213
Kəlbəcərdə "Türk qəbristanlığı" adı ilə tanınan bir neçə qədim məzarlıq var. Bunların ən böyüyü Alıbəyli, Kəlbəcər, Zar və b. kəndlərin ərazisindədir. Müxtəlif əsrlərdə yaradılmış, forma və ölçüləri ilə bir-birindən fərqlənən at, qoç, sandıq qəbirüstü fiqurlar, başdaşı və günbəzlərlə zəngin olan bu qəbristanlıqlar bir daha bu ərazilərdə qədim türk tayfalarınin yaşadığını sübut edir.
Azərbaycanımızın dilbər guşələrindən olan bu rayonumuz 1993-cü ildə 10 gündən çox gedən gərgin döyüşlərdə düşmən tərəfindən işğal edildi. əsgərlərimiz özlərindən 15 qat üstün olan düşmən qüvvələri ilə mühasirə şəraitində vuruşaraq 450 nəfərdən çox döyüşçü itki verdi və mühasirədə olan 60 min Kəlbəcərlinin təxliyyəsinə nail oldular.
BMT Təhlükəsizlik Şurası Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda 822 saylı Qətnamə qəbul etdi.Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin işğalçı Ermənstan dövləti digər Qətanmələr kimi bu qətnamənin də icrasını təmin etmədi.
27 sentyabr 2020-ci ildə başlayan 44 günlük Vətən Müharibəsində Azərbaycan Ordusunun bir birinin ardınca işğal altında olan rayonlarimızı azad etməsi Ermənstanı cıxılmaz vəziyyətdə qoydu və 10 noyabr 2020-ci ildə imzalanan sülh müqaviləsinə əsasən noyabrın 25-də Ermənistan Silahlı Birləşmələri Kəlbəcər rayonunu boşaldaraq rayonu Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi.
Bu gün işğaldan azad olunmuş digər rayonlarımız kimi Kəlbəcərdə də abadlıq, quruculu işlərinə, böyük infrastruktur layihələrinə start verilib. İndi 30 ilə yaxın bir müddətdə köçkünlük həyatı yaşıyan 10 minlərlə Kəlbəcərli oz döğma ata-baba yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər.
Ölkə başçısının keçən il imzaladığı sərəncama əsasən Kəlbəcərin azad edildiyi gün - noyabr ayının 25-i Kəlbəcər Şəhər Günü elan edilib, bu il artlq 2-ci dəfə bu gün təntənəli şəkildə qeyd ediləcəkdir.
İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası