Keçmiş məcburi köçkünlərə büdcədən bu qədər vəsait ayrılacaq
- 19-11-2024, 11:52
- 253
Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında 2025-ci ilin dövlət büdcəsinin müzakirələri zamanı deyib.
“Bunun 280 milyon manatı keçmiş məcburi köçkün və ya onlara bərabər tutulan şəxslərin vahid aylıq müavinətlərinə, 31 milyon manatı isə kommunal xidmətlərə ayırılması proqnozlaşdırılır”, - deyə nazir qeyd edib.