Məşhur futbol klublarının birgə alyansı yaradıldı
- 16-11-2024, 17:00
- 339
Alyansda Ağdam təmsilçisi ilə yanaşı, iqlim dəyişikliyi ilə mübarizədə və dayanıqlılıq mövzularında böyük təcrübəyə malik 10 klub - “Liverpul”, “Tottenhem” (hər ikisi İngiltərə), “Atletiko Madrid”, “Real Betis” (hər ikisi İspaniya), “Fənərbağça”, “Qalatasaray” (hər ikisi Türkiyə), “Udineze” (İtaliya), “Portu” (Portuqaliya), “Flamenqo” (Braziliya) və “Malmö” (İsveç) yer alıb.
İqlim mövzusuna həssas yanaşan və bununla bağlı yaddaqalan layihələr reallaşdıran həmin klublar alyansın yaradılması barədə sənədə imza atıblar.
Qeyd edək ki, alyans COP29 Sədrliyi və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (Framework Convention on Climate Change, UN FCCC) dəstəyi, “Qarabağ” və Avropa Klublar Assosiasiyasının (ECA) birgə təşkilatçılığı ilə təsis olunub.