Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -300-100 manat arasında...
- 4-11-2024, 11:29
- 233
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeli qurumun işçiləri bekarçılıqdan iş vaxtı nərd çempionatı keçirməklə məşğuldur.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 30 oktyabr tarixli 602 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nda Respublikada əmək bazarında mövcud vəziyyətin dəqiq qiymətləndirilməsi və gələcək meyillərin müəyyən olunması üçün məlumatlara əsaslanan proqnoz sistemi, ekspert rəyləri və hesablamaları əsasında keyfiyyət analizi, ali, orta ixtisas və peşə təhsili məzunları arasında mütəmadi sorğuların keçirilməsi, vakansiyalar bazasının və əmək ehtiyatları balansı üzrə əldə edilmiş məlumatların bir-biri ilə əlaqələndirilmiş təhlili, uzlaşdırılması və monitorinqi nəticəsində müvafiq səmərəli idarəetmə qərarlarının qəbul edilməsi məqsədilə Azərbaycan Respublikasında Əmək Bazarı üzrə Milli Observatoriyanın yaradılması nəzərdə tutulmuşdur.
Məlumat üçün bildiririk ki, Milli Observatoriyanın adı daha öncə mətbuatda müxtəlif xarakterli qalmaqallarla, o cümlədən İdarə Heyətinin üzvü Hasil Abbasovun qurumun sürücüsü, II Qarabağ müharibəsi qazisini istismar etməklə yadda qalmışdır.(xeberşiniz.biz)
Mövzunu davam etdirəcəyik.
Qarşı tərəfin cavab haqqını tanıyırıq.