Şahin Zəkizadənin atası da dünyasını dəyişdi (FOTO)

Cəmiyyət

“Valideyn üçün ən böyük acı övlad itkisidir. Şahinin ölümündən sonra atası Həsən əmi də 40 gün bundan öncə haqqın rəhmətinə qovuşdu”.

Bu sözləri mərhum rejissor Şahin Zəkizadənin həyat yoldaşı, vizajist Səbinə Zəkizadə sosial şəbəkədə paylaşıb.

“Şahinin dost dedikləri onun ailəsini bir dəfə də olsun axtarmadılar”, - deyə şərhdə qeyd edilib.

Xatırladaq ki, Ş.Zəkizadə qan xərçəngindən əziyyət çəkirdi.