"İşçisi ayaqyoluna gedib əllərini yumur, qida ilə təmasda olur" - “McDonald`s”a qarşı iddia qaldırılması narahatlıq yaradıb
- 2-11-2024, 13:55
- 427
Bu sözləri Pravda.az-a açıqlamasında tanınmış qastroenteroloq-hepatoloq Mətanət Cəfərova deyib.
“Yayılan infeksiya sırf şəxsi gigiyena qaydalarına riayət etməməyin nəticəsidir. Həmin şəxsdə bağırsaq çöpünə bağlı kolit xəstəliyi olub. Ola bilər, izhal olub. Çünki infeksiya adi formada keçməz. Böyük ehtimalla, həmin şəxs xəstəliyin kəskin dönəmində olub və nəcisindən çoxlu miqdarda eşerixia koli ifraz edilib. Sonra əlləri çirkli qida məhsullarına toxunub, birbaşa başqa qidalara da ötürülüb. Eşerixia koli çirkli əllərlə orqanizmə ağızdan daxil olur. Buna görə də bizim vətəndaşlarımızın da eşerixia koliyə tutulacağını demək gülməlidir. Bizdə belə hadisə gündəlik ola bilər. Dönərçi də ayaqyoluna gedib əllərini yumur, qida ilə təmasda olur. Yaxud da ümumi istifadə edilən ayaqyoluları. Sizdən əvvəl ora eşerixia kolisi zəngin olan kolit xəstəsi giribsə, əllərinizi qapıya, cəftəyə toxundursanız, əllərinizi yumasanız və qidalansanız, infeksiyanı ağzınıza ötürsəniz, sizdə də həmin xəstəlik yaranacaq”, - həkim bildirib.