Heç Qarabağ fatehləri olan generallar belə yerimir... - "Səxavətli" nazirin başsağlığı xəsisliyi...
- 1-11-2024, 13:38
- 249
Ən dəhşətlisi odur ki, indiyə qədər nə FHN açıqlama yayıb, nə səbəbinə aydınlıq gətirilməyib. Sanki tuneldə iki insan boğulmayıb. Hadisənin üstündən sükutla keçilməsi göz qabağındadır. Çünki araşdırmaların nəticəsi barədə ictimaiyyətə məlumat verilmir. Bundan əlavə, FHN rəhbəri Kəmaləddin Heydərov Bağırov körpüsündə dayanıb suyun tuneldən çəkilməsinə tamaşa etməkdənsə, boğulan iki gəncin ailəsini ziyarət edə bilərdi. Ümumiyyətlə, nazir Heydərov baş verən bu hadisə barədə açıqlama belə vermədi. Axı bu ölkədə nə zaman səlahiyyət sahibləri öz işlərini görəcəklər? Nə zaman özlərində cavabdehlik hiss edəcəklər? Nə zaman xalqa hesabat və izahat verməli olduqlarını qəbul edəcəklər? Sanki belə də olmalı imiş və məmurlar öz sahələrinə aid hər hansı hadisə olanda xalqın qarşısına çıxaraq cavab verməli olduqları öhdəliyini unudurlar. Yəni bu saymazlıq, biganəlik və xalqa hörmətsizlikdir. Fakt iki gənc boğulub və ailələrinə başsağlığı da verilmədi. Heç olmasa, nazir Kəmaləddin Heydərov bu iki kasıb insanın ölümünə görə həm FHN-də məsuliyyət yiyələrini cəzalandıra bilərdi, ən azı ictimaiyyətin gözünə kül üfürmək üçün, həm də onların ailələrinə baş çəkə, maddi yardım göstərə bilərdi. Ancaq başadüşüləndir, bir ölkəninki nazirliyində xidməti otağında polkovnik qadınlarla intim əlaqədə olur və onu videoya çəkir, bir nazirlikdəki xınayaxdı keçirilir, daha nə gözləyəsən?! Ona görə də iki gəncin ölümünə "fövqəlnazir"in olmayan reaksiyası təəccüblü deyildi. Ümumiyyətlə, bu ölkədə Fövqəladə Hallar Nazirliyinə zərurət görünmür. Belə böyük binanın saxlanmasına, izafi xərclərə nə ehtiyac var? Əslində zaman-zaman nazirliyin ləğvi ekspertlər tərəfindən gündəmə gətirilib, sadəcə, Yanğından Mühafizə Xidmətinin fəaliyyəti təklif edilib. FHN əsgərləri isə Müdafiə Nazirliyinə tabe etdirilə bilər. Çünki yanğın, sel, daşqın və s. hadisələr olanda onsuz da onlar əraziyə cəlb olunurlar, bunu da bir idarə kimi saxlamaqla etmək mümkündür, nəinki zırıltı bir binaya FHN rütbəlilərini yığaraq büdcədən bu qədər vəsait xərcləməklə...
Anaxeber.info