“Gənclik” stansiyasının iş rejimi dəyişir - “Qarabağ”a görə...
- 23-10-2024, 15:24
- 284
Bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
Bildirilib ki, “Gənclik” stansiyasına əlavə işçi qüvvəsi ayrılacaq.
“Nərimanov” və “28 May” stansiyalarında da ehtiyat tədbirlər nəzərdə tutulacaq.
Gün ərzində qatarlar payız-qış qrafikinin iş günləri cədvəlinə uyğun hərəkət edəcək. Ehtiyac yaranacağı təqdirdə əlavə qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdə olacaq.
Oyun başa çatdıqdan sonra qatarların hərəkəti “Gənclik” stansiyasının iş rejimi nəzərə alınmaqla xüsusi qaydada tənzimlənəcək.