Kazan hava limanı bağlandı
- 20-10-2024, 14:30
- 424
Bu barədə “Rosaviasiya” məlumat yayıb.
Məlumata görə, məhdudiyyətlər mülki hava gəmilərinin uçuş təhlükəsizliyini təmin etmək məqsədilə edilib.
Hava limanında təyyərələrin uçuşu və qəbulu dayandırılıb.
Qeyd edək ki, 22-24 oktyabr tarixlərində Kazanda BRİKS-in sammiti keçiriləcək.