Azərbaycan universitetlərinin 70 faizində süni intellekt tədris ediləcək
- 10-10-2024, 11:01
- 267
Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda keçirilən “İNMerge İnnovasiya Sammiti”ndə çıxışı zamanı deyib.
“Dayanıqlılığı gündəlik innovasiyaya inteqrasiya edirik ki, bu da təəccüblü deyil. Biz artıq COP29-a ev sahibliyi edirik. Bakı şəhərinin rəqəmsal əkizi yaradılır. Altı milyondan çox unikal məlumat məntəqəsi artıq daxil edilib. Bu, unikal bir şeydir. Biz rəqəmsal texnologiyalar üzərində də çalışmağa davam edirik”, - deyə nazir qeyd edib.