Bakıda bu məşhur restoranda da saxta içkilər aşkarlandı
- 8-10-2024, 17:27
- 272
Bu barədə AQTA məlumat yayıb.
Yoxlama zamanı iaşə obyektində aşkar saxtalaşdırma əlamətləri olan və idxal sağlamlıq aktı olmayan 55 ədəd müxtəlif markalı araq məhsulunun satışının həyata keçirildiyi müəyyən edilib.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Normativ hüquqi aktların tələblərinə uyğun olmayan saxta spirtli içki məhsullarının satışının qarşısı alınıb və dövriyyədən çıxarılaraq məhv edilib.