Bu yolda hərəkət qismən məhdudlaşdırılır
- 2-10-2024, 16:31
- 594
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, buna səbəb Bakı Olimpiya Stadionu ilə onun şimal-şərq hissəsində yerləşən Böyükşor bulvarı kənarından keçən avtomobil yolu üzərində yeni inşa edilən yerüstü piyada keçidinin platformasının quraşdırılmasıdır.
“Qeyd olunan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq.
Sürücülərdən qeyd olunan saatlarda sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur”, - məlumatda bildirilib.