Vətəndaş “Unibank”a ödəniş etməyəcək... - "Nə edirlər, etsinlər..."
- 2-10-2024, 09:37
- 272
Bunu Moderator.az-a açıqlamasında şikayətçi Taleh Qarayev deyib. O krediti ödəməkdən imtina etdiyini vurğulayıb.
“Pulum olmadığı üçün hazırda krediti ödəmirəm. 2-3 dəfə yığıb soruşublar. Mən də pulumun olmadığını əsas gətirmişəm. Nə vaxt olarsa o zaman da ödəyərəm. Borcum 2700 manatdır. Sonuncu dəfə mənə dedilər ki, 65 manat ödə, faizini silək, sonra qaldığın yerdən ödəyərsən. 65 manatı ödədim. İstəyirlər gəlib maaşımdan tutsunlar, çalışdığım yerə getsinlər.. Nə istəyirlər onu da etsinlər. İcraçı mənə zəng vurub kobud şəkildə bildirdi ki, krediti ödəyə bilməsən maaşından tutulacaq. Mən işdən çıxandan sonra kimdən alacaqsan? Mənə deyirlər ki, axır-əvvəl səndən pulu alacağıq. Mən işsiz olandan sonra pulu kimdən alacaqsan? Pulum yoxdur, oğurluq edib gətirib sənə pul verim? Mənə əvvəldən deyərdin ki, 30 faizlə verirəm, bəlkə heç kredit götürməyəcəkdim?! 10 aya 100 manatdan hesablasaq kreditin min manatı bitməli idi. Çekləri də saxlamışam. İndi min manat boşluqa gedib?! Əgər 10 ayımı hesablayırlarsa, qalan min manatı ödəməyə hazıram. Əks halda ödəməyəcəm. Çünki ödədikcə çoxalır” deyə şikayətçi bildirib.