Bakıda 5 avtobusun hərəkət istiqaməti dəyişdirilir
- 27-09-2024, 18:39
- 246
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb
Məlumata görə, buna səbəb paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 28-dən Nəsimi rayonunun Kövkəb Səfərəliyeva küçəsində (Müasir İnnovasiyalar Liseyinin qarşısından 28 May küçəsi ilə kəsişməyə qədər) nəqliyyat vasitələrinin hərəkətinin tam məhdudlaşdırılmasıdır.