İcra başçısı vətəndaşların torpaqlarını təkrar onlara satır - BU NƏDİ BELƏ?!
- 18-09-2024, 19:12
- 302
İcra hakimiyyəti tərəfindən irəli sürülən bu absurd iddia vətəndaşların ciddi etirazına səbəb olub. Xüsusilə də, obyekti sökülən vətəndaşlar bunu xüsusi mülkiyyətə, eləcə də mülkiyyət azadlığına qarşı qəsd kimi dəyərləndirib. Vətəndaşlar qeyd edir, icra hakimiyyəti əlində sovet dönəminə məxsus mülkiyyət sənədi olan şəxslərə bildirir ki, söküntü və müsadirə prosesinin qarşısını almağın yalnız bir yolu var. Bu yol da vətəndaşın həmin ərazi və ya obyekt üçün icra hakimiyyətinə pul ödəməsindən keçir. Başqa sözlə desək, Sabunçu Rayon İcra Hakimiyyəti vətəndaşı sahibi olduğu torpaq və obyekti yenidən almağa məcbur edir ki, bu da vətəndaşın mülkiyyət hüququna təcavüzdən başqa bir şey deyil. Vətəndaşlar bütün əlaqədar qurum və yetkililəri Adil Vəliyevin qanunsuz əməllərinin qarşısını almağa çağırır və ümid edirlər ki, gec də olsa Sabunçu Rayon İcra Hakimiyyətinin biabırçılığının qarşısını almaq üçün əməli addımlar atılacaq".