327 nömrəli məktəbdə pulyığma mövsümünə erkən start verilib - AY MAŞALLAH...
- 16-09-2024, 13:19
- 283
Valideynlərin sözlərinə görə, əvvəllər də məktəbdən dəsmal, xlor və başqa əşyaların alınması üçün onlardan pul tələb edilib. Məktəbin direktoru Könül Əliyevadır. O, 2023-cü ildə bu vəzifəyə təyin olunub. Gənc direktor olmasına baxmayaraq, məktəbdə xoşagəlməz vəziyyətə şərait yaradılması onun reputasiyası və karyerası üçün aktivinə mənfi xal yazdırır. İstənilən halda, vəzifə yüksəlişi perspektivi yaranarsa, rəhbəri olduğu məktəbdə pul yığılması haqda xəbərlər yada düşəcək. Qarşı tərəfi dinləməyə hazırıq.