Milli Onkologiya Mərkəzinin "iflas"-ı - Kəmaləddin Qafarovun işçisi belə rüşvət alıb-Video
- 10-09-2024, 12:56
- 726
AzFakt.com təşkilatın hesabatına istinadən bildirir ki, bütün dünyada xərçəng xəstəliyindən ölənlərin sayı 2000-ci illərlə müqayisədə 27,5 faiz artaraq 8,8 milyona çatıb. Açıqlamada deyilir ki, əgər bu xəstəlik daha tez aşkarlansa, xəstənin sağalma ehtimalı da yüksək olur. Amma, nə yazıq ki, Azərbaycan səhiyyəsində elə bir vəziyyət yaranıb ki, müraciət edən xəstələrin vəziyyətindən əvvəl əlinə və cibinə baxılır.
Maddi vəziyyəti ağlabatandırsa, xəstəliyi vaxtında aşkar olunur, deyilsə, həmin xəstə qalır evi ilə xəstəxana arasında yollarda. Salırlar get-gələ. Bunu biz demirik, bu vəziyyəti yaşayan yüzlərlə, hətta minlərlə vətəndaşlar deyir. İzlədiyiniz bu görüntülər de-fakto deputat Kəmaləddin Qafarovun rəhbərlik etdiyi Milli Onkologiya Mərkəzində lentə alınıb. Yeri gəlmişkən bu barədə əvvəllər də saytımızda materiallar dərc olunub. Bizi yenidən mövzuya qayıtmağa vadar edən isə, sözügedən müəssisədə proseslərin eyni qaydada aparılması, bu qədər müraciət və şikayətlərə rəğmən vəziyyətin olduğu kimi qalmasıdır.