Eldar Quliyev Maştağanı alıb, obyektləri var, seçicilər isə üzünü də görmür” – Rəqibindən ittihamlar
- 21-08-2024, 09:11
- 411
Tribunainfo.az məlumat verir ki, bunu 28 saylı Sabunçu Üçüncü Seçki Dairəsindən Gələcək Azərbaycan Partiyasının deputatlığa namizədi Aslan Həmidli bildirib. Onun sözlərinə görə,
illərdir Maştağa ərazisinə vəkillik etmiş şəxsə müraciətlər edilsə də, heç bir reaksiya olmayıb: “Vətəndaş seçmədiyi deputatın üzünü illərdir görmür.
Maştağanın böyük hissəsi Eldar Quliyev tərəfindən alınıb. Maştağada olan kafelər, restoranlar, çayxanalar, ət dükanları və s obyektlərin tək sahibi Eldar Quliyevdir.
Sosial sorğularda onu göstərir ki, xalq Eldar Quliyevi qəti şəkildə istəmir. Gələn il 74 yaşına girəcək olan Eldar Quliyevin nə etmək istədiyini heç özü də bilmir…”
Qeyd edək ki, bu dairədən deputat Eldar Quliyev yenidən namizəddir.
Tribunainfo.az